24 yaşlı qız dəm qazından boğularaq öldü - Bakıda

11.12.2015 17:52     Sosreaksiya     2075

Bakıda 24 yaşlı qız dəm qazından boğularaq ölüb.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunub. 

Şərhlər