Gəncədə Heydər Əliyevin anım günü - FOTOLAR
12.12.2015 17:10 Sosreaksiya 2699
Bu gün Gəncədə də Ulu Öndərin anım günü keçirilib.
Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rəsmi şəxslər və Gəncə sakinləri Heydər Əliyevin Gəncənin Baş meydanındakı heykəlini ziyarət ediblər.
Əvvəlcə dövlət himni səsləndirilib. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra başçısı Elmar Vəliyev və rəsmilər ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub dahi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə ediblər.
İcra başçısı bildirib ki, H.Əliyev artıq 12 ildir cismən Azərbaycan xalqından ayrılıb, lakin mənən bizimlədir və əbədi olaraq da bizimlə qalacaq: "Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonra insanlar cərgələrlə ulu öndərin abidəsini ziyarət ediblər və xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzüblər. Şəhərin Baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli insanın həyatından bəhs edən film nümayiş etdirilib.
Şərhlər