62 yaşlı qadın özünü asdı - Neftçalada

13.12.2015 14:22     Sosreaksiya     2077

Neftçalada 62 yaşlı qadın intihar edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini, 62 yaşlı Sədaqət Əyyub qızı Əliyeva gecə saatlarında həyətlərindəki damda özünü asaraq intihar edib.

O, səhər saatlarında yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər