Neft yatağındakı qəza ilə bağlı növbəti işçi qrupu yaradılıb
14.12.2015 01:12 Sosreaksiya 1641
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi (FHN), SOCAR və BP şirkətinin əməkdaşlarının daxil olduğu işçi qrupu yaradılıb.
FHN-dən verilən məlumata görə, ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə FHN-nin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.
Qeyd edək ki, qəzanın qəzanın nəticələrinin aradan qaldırılması üçün nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.
Şərhlər