Ağdaşda dəhşətli qəza - 2 uşaq ölüb, 3 nəfər xəsarət alıb

14.12.2015 12:59     Sosreaksiya     2202

Ağdaş rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 281-ci kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Bayramov Tural Rafiq oğlunun idarə etdiyi "Gelly" markalı avtomobil qarşı tərəfdən gələn 1974-cü il təvəllüdlü Səfərov Etibar Baxşəli oğluna məxsus "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobildəki iki azyaşlı uşaq, 2011-ci il təvəllüdlü Bayramlı Hüseyn Vüsal oğlu və 2012-ci il təvəllüdlü Bayramlı Ayan Tural qızı dünyasını dəyişib. Avtomobillərin sürücüləri və digər sərnişin, 1982-ci il təvəllüdlü Mehriban Bayramova Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər