Bakıda daha bir yol bağlandı

14.12.2015 13:32     Sosreaksiya     1791

Bu gündən etibarən Bakı şəhərində Puşkin küçəsinin Üzeyir Hacibəyli küçəsi ilə kəsişməsindən Azadlıq meydanına qədər olan hissəsində yol asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan yol bir həftə müddətinə bağlanılıb. 

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı isə açıq olacaq.

Bundan əlavə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Qeyd edək ki,  "Avropa Qran-Pri"sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Şərhlər