Bakıda avtobus yaşlı qadını vuraraq öldürdü

14.12.2015 13:39     Sosreaksiya     1987

Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb.

Reaksiya.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami rayonu, Q.Qarayev prospektində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Vüqar Həziyev idarə etdiyi “Daewoo” markalı 20 saylı xətt avtobusu ilə 1929-cu il təvəllüdlü Xədicə Qasımovanı vurub. X.Qasımova aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər