Axısqa türkləri: dəstəklərinə görə Türkiyəyə minnətdarıq

27.05.2015 17:12     Sosreaksiya     756

Şərqi Ukraynadakı krizis regionda yaşayan Axısqa türklərindən də təsirsiz ötüşməyib. Reaksiya.az – a məsələ ilə bağlı açıqlama verən Axısqa türklərinin liderlərindən, “Vətən” Cəmiyyətinin sədri Cavid Qəzənfər Əlıiyev Ukraynada yaşayan Axısqa türklərinin son durumundan danışıb.

-Ukraynanın şərqində döyüşlərin getdiyi bir vaxtda ərazidəki Axısqalıların vəziyyəti necədir?

--Ukraynanın şərqində döyüşlərin getdiyi Krematorsk və Slavyanskda təxminən 2 minə yaxın Axısqa türkü yaşayır. Müharibə başlayanda onlar da ziyan çəkdilər. Demək olar ki, yarısından çoxunun evi dağıldı. 500 nəfər hal - hazırda Rusiyaya qaçmaq məcburiyyətində qalıb. Əksəriyyət hazırda Rostov və Belqorod şəhərlərinə sığınıb.

-Axısqa türklərinə dəstək məsələsində qardaş Türkiyənin və Azərbaycanın rolu necədir?

-Öz yurd – yuvasından ayrılan insanlara yardım tələbi ilə Rusiyadaki Türkiyə və Azərbaycan səfirliklərinə müraciət etdik. Müraciətlərimizi sağ olsunlar çox gözəl dəyərləndirdilər. Bu məsələ elə bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Ukrayna səfəri zamanı Axısqa türklərinin beynəlxalq qeyri – hökümət təşkilatı Vətən ilə müzakirə olundu. Türkiyə prezidenti Donbassda yaşayan Axısqa türklərinə yardım etməyə hazır olduğunu söylədi. Türkiyədə prezidenti Turqut Özal zamanında qəbul edilən 1992 – ci il tarixli 3835 nömrəli qanunun yenidən gündəmə gətirilməsi qərarı qəbul edildi. Bu qanuna görə, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir axısqa türkü Türkiyə vətəndaşlığını qəbul etmək və ikili vətəndaşlıq hüquqlarına sahibdir. Biz bilirik ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq Ukraynada yaşayan Axısqa türklərinin problemlərini  həll etməkdə bizə dəstək olacaqlar.

-Münaqişə bölgəsində yaşayan axısqa türklərinə Ukrayna ordusu ve seperatçıların yanaşması necədir?

-Ukrayna ordusunun və seperatçıların Donbassda yaşayan Axısqaların münaqişələrdə iştiraka meylli olmadığını anladıqlarını görürük.

Şərhlər

Çox oxunanlar