Külli miqdarda spirtli içki müsadirə edilib
15.12.2015 00:14 Sosreaksiya 1801
Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda spirtli içkini aşkar edərək realizə olunmasının qarşısını alıb.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində əməliyyat keçirilib. Qəsəbənin "Binəqədi Gənclər Şəhərciyi" adlanan yaşayış massivində vətəndaş Şükürov Adil Famil oğluna məxsus “Ford Transit” markalı, “50-DA-058” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb.
Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerindən Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Stolichnaya vodka”, “Stolichnaya sever”, “Beluga transatlantic” araqları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər