15 yaşlı məktəbli bıçaqlandı - Bakıda

15.12.2015 11:34     Sosreaksiya     2033

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Reaksiya.az APA-ya istinadla xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Qeyd edək ki, bıçaqlanan K.Abbaszadə orta məktəb şagirdidir.

Şərhlər