Misir Mədəniyyət Nazirliyinin nümayəndəsi Bakıda tələbələrlə görüşdü
15.12.2015 18:16 Sosreaksiya 1820
Misir Mədəniyyət Nazirliyinin Redaksiya və nəşr şöbəsinin müdiri, Əcnəbilər üçün ərəb dilinin tədrisi üzrə mütəxəssi Dr. Abdurrahman Saat Hicazi Azərbaycana səfərə gəlib.
Reaksiya.az-ın verdiyi məlumata görə, səfər çərçivəsində o, BDU İlahiyyat fakültəsinin tələbələrlə görüş keçirərək onlara mühazirə söyləmişdir. Mühazirədə əcnəbilər üçün ərəb dilinin tədrisinin yeni üsulları barədə söhbət açıb.
BDU İlahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev açılış edərək qonağı salamlamış, ərəb dilinin əhəmiyyəri barədə danışıb.
Qeyd edək ki, bu səfər 18 dekabr Beynəlxalq Ərəb dili günü münasibətilə təşkil edilən silsilə tədbirlər planına aiddir.
Sonra tələbələr konsert proqramı ilə iştirak etdilər.
Şərhlər