Prezident Sumqayıta vəsait ayırdı - SƏRƏNCAM
16.12.2015 01:07 Sosreaksiya 1553
Reaksiya.az-ın məlumatına görə, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Şərhlər