Dünya Müsəlman Alimlər Təşkilatı Çinə mesaj yollayıb

25.06.2015 15:50     Sosreaksiya     2449

 

 

Dünya Müsəlman Alimlər Təşkilatı Çinin Uyğur Muxtar Vilayətində müsəlmanlara qarşı tətbiq etdiyi oruc qadağasına reaksiya bildirib.

Dünya Müsəlman Alimlər Təşkilatından verilən yazılı açıqlamada Uyğur Muxtar Vilayətindəki oruc qadağasına reaksiya bildirilərək, Çinə Müsəlmanların hüquqlarına və dini inanclarına hörmət göstərməsi çağırışı edilib. Çin hökumətindən, müsəlmanlar haqqındakı bu cür qərarların verilməməsio istənilib və İslam Əməkdaşlıq Təşkilatı (IIT) və digər beynəlxalq təşkilatlardan da Çindəki Müsəlmanları qorumaq üçün lazımi reaksiyaların göstərilməsi xahiş olunub.

Açıqlama belə çatıb:

"Xüsusilə Uyğur Muxtar Vilayətində müsəlmanlara qarşı davamlı tətbiq olunan dini və etnik zülm hərəkətləri həm beynəlxalq, həm də Çinin yerli qanunları ilə ziddiyyət təşkil edir. Çin hökumətinin təqib etdiyi siyasət, özünün də imzaladığı 1949-ci ildə qəbul olunan IV Cenevrə konvensiyasına ziddir. Bu da beynəlxalq qanunların ən əhəmiyyətli əsaslarından birinin açıq pozulması kimi qəbul edilməkdədir”.

Şərhlər

Çox oxunanlar