Bakıda tələbə qız intihar etdi

16.12.2015 10:31     Sosreaksiya     2049

Bakıda intihar hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Orada yaşayan, 1995-ci il təvəllüdlü Xəlilli Çiçək Zakir qızı şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, Ç.Xəlilli universitet tələbəsi olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər