Qış fəslinin nə vaxt başlayacağı açıqlandı

16.12.2015 10:48     Sosreaksiya     1702

Dekabrın 22-si Bakı vaxtilə saat 08:48-də qış fəsli başlayır.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, həmin gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Şərhlər