Metro istifadəçilərinə şad xəbər

16.12.2015 11:21     Sosreaksiya     1810

Bakı Metropoliteni Yeni il ərəfəsində metrodan istifadə edən vətəndaşları sevindirəcək.

Reaksiya.az-ın ans press-ə istinadən məlumatına görə, uzun müddətdir inşasına başlanan metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı yaxın 15 gün ərzində sərnişinlərin ixtiyarına veriləcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu stansiyanın yeni giriş-çıxışlarında inşa işləri artıq yekunlaşıb. Hazırda burda avadanlıqların quraşdırılması və abadlıq işləri aparılır.

"Elmlər Akademiyası" stansiyasının yeni 4 giriş-çıxışı inşa olunub. Hər çıxışda müasir eskalatorlar quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələn çıxışlar həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq", - deyə Nəsimi Paşayev əlavə edib.

Metronun Elmlər Akademiyası stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə 2012-ci ilin avqustunda start verilib. Stansiyasının birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. İkinci çıxışın tikilməsində əsas məqsəd indiyə qədər bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasında sərnişin sıxlığının qarşısını almaqdır.

 

Şərhlər