Məktəblini bıçaqlayan şəxs tutulub

16.12.2015 13:05     Sosreaksiya     1839

Bakıda orta məktəb şagirdini bıçaqlayan şəxs tutulub.

Reaksiya.az APA-ya istinadən məlumat verir ki, Yasamal rayon Polis İdarəsindən verilən açıqlamaya görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də 15 yaşlı Kamran Abbaszadəyə bıçaqla xəsarət yetirən şəxsin Bakı şəhər sakini Kənan Qasımov olması müəyyən edilib və o, saxlanılıb.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

Şərhlər