İki nəfər dəm qazından boğularaq öldü
16.12.2015 12:19 Sosreaksiya 1896

Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-nə keçən gecə Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Sənan Nəsibov və Sumqayıt şəhərində yaşayan Siraculla Mirzəyev evlərində dəm qazından zəhərlənərək ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Şərhlər