“Günəşli“də xəsarət alan neftçilərdən 5-i evə buraxıldı

16.12.2015 14:32     Sosreaksiya     1764

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 5 nəfəri evə buraxılıb. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, MNX-nın mətbuat katibi Aytən Fətəliyeva bildirib ki, evə buraxılan neftçilər – Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir.

A. Fətəliyeva qeyd edib ki, hazırda xəstəxanada olan 25 neftçinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Şərhlər