Çində partlayış - 7 ölü, 3 yaralı

17.12.2015 06:29     Sosreaksiya     1724

Çinin Lyunyan şəhərində restoranda baş vermiş partlayış nəticəsində azı 7 nəfər ölüb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, daha 3 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Partlayışın restoranın mətbəxində baş verdiyi bildirilir. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, oktyabrda Çinin Anxoy vilayətində restoranda baş vermiş partlayış nəticəsində 17 nəfər həyatını itirmişdi. 

Şərhlər