İtkin düşmüş neftçilərin axtarışı 5 istiqamətdə aparılır
17.12.2015 11:35 Sosreaksiya 2069
Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və bir dənizə enə bilən təyyarəsi cəlb olunub.
Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi müxtəlif istiqamətlər üzrə - bir gəmi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku, bir gəmi “Şahdəniz” yatağı, bir gəmi “Makarov bankası” ətrafında, gəmilərdən biri Qaradağ-Ümid-Ələt sahəsində, digər bir gəmi isə Çilov adasının şimal-şərqində axtarışlar aparırlar.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, yanğının söndürülməsində hazırda 3 gəmi iştirak edir. “Boots&Coots” şirkətinin də yanğının söndürülməsində iştirak etməsi üçün isə hazırlıq işləri görülür.
Şərhlər