Bakıda binada yanğın - 15 nəfər təxliyə olundu

17.12.2015 15:53     Sosreaksiya     2120

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub.  Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər