SOCAR “Neft Daşları”nda itkin düşənlərin ailələrinə yardım edəcək

17.12.2015 17:01     Sosreaksiya     1931

SOCAR “Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

Reaksiya.az "APA-Economics"-ə istinadən xəbər verir ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

Şərhlər