Mərhum jurnalistin oğlu azadlığa buraxıldı

17.12.2015 17:25     Sosreaksiya     1884

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə T. Sadıqovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, T. Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.    

Şərhlər