"Vəzifədən azad olunmağım üçün ərizə yazmışam" - Vaqif Bəhmənli
17.12.2015 17:53 Sosreaksiya 1790
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli vəzifədən azad olunmaq üçün ərizə yazıb.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bunu V.Bəhmənli özünün sosial şəbəkədəki səhifəsində bildirib.
O, vəzifədən azad olunmaq üçün ərizə yazmasını yaradıcılıq işlərinin çox olması ilə izah edib: "Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar. Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə inanıram".
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, V.Bəhmənli rəsmi olaraq hazırda məzuniyyətdədir: "Vaqif Bəhmənli məzuniyyətdən qayıtdıqadan sonra onun ərizəsi ilə bağlı rəsmi qərar qəbul ediləcək".
Şərhlər