Ermənilərə qarşı danışan azərbaycanlı həbs edilib - Rusiyada
18.12.2015 06:20 Sosreaksiya 1510
Rusiyada azərbaycanlını ermənilərə qarşı səsləndirdiyi ifadələrə görə mühakimə ediblər.
Reaksiya.az virtualaz.org-a istinadən bildirir ki, Rostov vilayətinin Tselinski Rayon Məhkəməsi azərbaycanlı Alik İbrahimov barəsində cinayət işi açıb. Deyilənlərdən belə çıxır ki, A.İbrahimovu düşmənçilik iddiası ilə erməniləri təhqir etməkdə günahlandırırlar.
Rəsmi məlumata görə, ittiham olunan şəxs avqustda Rostovda - ictimai yerdə, kütləvi etiraz aksiyasında-əhali arasında ermənilərin zorakı hərəkətlərindən, vəhşiliyindən danışıb.
Yerlimizin etdiyi bu hərəkətlərdən sonra ona başqa xalqı təhqir etdiyinə görə xəbərdarlıq olunub və barəsində məhkəmədə iddia qaldırılıb. İlkin istintaq zamanı A.İbrahimov deyilənləri təsdiq edib.
Hazırda o, xüsusi nəzarə altında saxlanılır.
Şərhlər