Formula 1-in biletləri satışa çıxarılır

18.12.2015 10:09     Sosreaksiya     1873

2016-cı ildə Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-Prisinin biletləri dekabrın 19-dan onlayn satışa çıxarılacaq.

Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Halqasından (BŞH) verilib.

Məlumata görə, satışın başlaması həmin ərəfədə paytaxtda təşkil olunacaq möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.

Biletləri www.bakucitycircuit.com saytı vasitəsilə yarışa düz 6 ay qalanda, yani sabah əldə etmək mümkün olacaq.

“Son 6 ay” tədbiri Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunacaq.

Şərhlər