Sərhəd Xidmətinin əsgəri ehtiyatsızlıqdan vəfat etdi
18.12.2015 11:11 Sosreaksiya 1775
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər ölümü baş verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.
2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.
Fakt üzrə DSX və Respublika Hərbi Prokurorluğu tərəfindən birgə araşdırma aparılır.
Şərhlər