Sabah hava necə olacaq?

18.12.2015 15:10     Sosreaksiya     1833

Dekabrın 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən, yağmursuz olacaq.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. 

Şərhlər