Daha 2 neftçi evə buraxıldı

18.12.2015 15:59     Sosreaksiya     1681

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 2 nəfəri evə buraxılıb.

Reaksiya.az xəbər verir ki, MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər-Məlahət Əliyeva və Heydər Abbasov səhhətlərində problem olmadığına görə bu gün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 13 neftçinin müalicəsi davam edir”. 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

 

Şərhlər