Dünyada internetin sürəti 14 faiz artıb
19.12.2015 07:25 Sosreaksiya 2016
Dünyada internetin iş sürəti 2015-ci ilin üçüncü rübündə illik hesablamada 14 faiz artaraq 5,1 Mbit/saniyə təşkil edib. Lakin bu o demək deyil ki, internet bərabər paylanmır. Hazırda istifadəçilərin yalnız 25 faizi genişzolaqlı internetə saniyədə 25 meqabit sürətlə daxil olmaq imkanına malikdir. Bu barədə internetin vəziyyəti ilə bağlı rüblük hesabatlar təqdim edən “Akamai” tədqiqat şirkətinin məlumatında deyilir.
Reaksiya.az ictnews.az-a istinadən xəbər erir ki, tədqiqatçılar dünya göstəricilərini yenidən nəzərdən keçirərək 126 ölkədə orta qoşulma sürətinin ötən illə müqayisədə artmasını aşkar ediblər. Bu göstərici Yaponiyada 0,2 faiz, Konqoda (orta qoşulma sürətinin ötən illə müqayisədə iki dəfədən çox artdığı yeganə ölkə) 147 faiz təşkil edib. On doqquz ölkədə tədqiqatçılar orta qoşulma sürətinin azalmasını (Namibiyada 0,6 faiz (1,8 Mbit/s-dək), Sudanda 64 faizədək (1,3 Mbit/s-dək) qeydə alıblar.
Dünyada internetin 4 Mbit/saniyə sürətində yükləmə ilə nüfuz etməsi il ərzində 9,8 faiz artaraq qoşulmaların 65 faizini təşkil edib. 2015-ci ildə yükləmə sürətinin 10 Mbit/saniyə və daha yüksək olduğu qoşulmaların sayı 19 faiz artıb və istifadəçilərin 27 faizinə bərabərdir. 15 Mbit/saniyə və daha yuxarı sürətlə internetə istifadəçilərin yalnız 15 faizi daxil olur.
Sürətin 25 Mbit/s və daha yuxarı təşkil etdiyi qoşulmaların sayı illik hesablamda 15 faiz artaraq 5,2 faiz qoşulmaya çatıb. Hazırda liderlər onluğuna daxil olan ölkələrin hamısında internetin sürəti ikirəqəmli hesablanır. Bununla yanaşı, yalnız Cənubi Koreyada hər beşinci internet istifadəçisi genişzolaqlı internetə çıxış imkanına malikdir.
Şərhlər