Zaqatalada dəhşətli hadisə - kişi yanaraq öldü

19.12.2015 10:13     Sosreaksiya     2107

Zaqatalada qaz sobasının üstünə yıxılan 67 yaşlı kişi yanaraq ölüb. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, dekabrın 18-i axşam saatlarında Anar Həmidov küçəsi, ev 25 ünvanında kişi meyiti aşkarlanması barədə təcilli tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası ev sahibi, 1948-ci il təvəllüdlü Bəkir Şampir oğlu Bəkirovu yanmış meyiti ilə qarşılaşıb. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, ilkin ehtimala əsasən B.Bəkirov huşunu itirməsi səbəbindən yanar qaz sobasının üstünə yıxılıb. Hadisə baş verən zaman evdə tək  və köməksiz vəziyyətdə olan Bəkir Bəkirov yanıq xəsarətləri alaraq hadisə yerində ölüb. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. 

Şərhlər