Bakı metrosunda gecikmənin səbəbi məlum oldu

19.12.2015 13:06     Sosreaksiya     1756

Bakı Metropoliteni Xətai xəttində qatarların hərəkətində yaranmış gecikməyə ayınlıq gətirilib.

Reaksiya.az xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, gecikmə yolları yoxlayan diaqnostika qatarının xəttə buraxılması ilə əlaqədardır: “Orada hər hansı bir problem yoxdur. Diaqnostika qatarı təlimata uyğun olaraq yolda yoxlanış aparır. Bununla bağlı sərnişinlərə də xəbərdarlıq edilib”.

N.Paşayev əlavə edib ki, diaqnostika yoxlanışı artıq başa çatıb.

Şərhlər

Çox oxunanlar