Əcnəbi tələbə bıçaqlandı - Bakıda

19.12.2015 13:51     Sosreaksiya     2048

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanasında bıçaqlanma hadisəsi baş verib.

Reaksiya.az “Report”a istinadən xəbər verir ki, M.Qasımov küçəsi 44-də yerləşən ADNA-nın yataqxanasında yaşayan Türkmənistan vətəndaşı 1995-ci il təvəllüdlü Nəriman Mahmudov bıçaqlanıb.

Ona qaldığı otaqda boynundan bıçaq zərbəsi vurulub. Tələbə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. N.Mahmudovun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər