Nazirliyin qəzetinin bağlanması ilə bağlı - Rəsmi Açıqlama

19.12.2015 16:30     Sosreaksiya     1915

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə "Report"a RYTN-in mətbuat xidmətindən məlumat verilib.

"Məqsəd İKT-yə aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ üsullarla çevik şəkildə auditoriyaya çatdırılmasıdır. O cümlədən, Nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az elektron xəbər xidməti vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Nazirliyin mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq", - deyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Şərhlər

Çox oxunanlar