Bakıda "Dünya ərəb dili günü" qeyd olundu
19.12.2015 18:03 Sosreaksiya 2186
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Dünya ərəb dili günü” qeyd olundu.
Reaksiya.az xəbər verir ki, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Dünya Ərəb dili günü qeyd olundu. Tədbirin açılışını edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi qonaqları salamladıqdan sonra onlara Ərəb dili haqqında məlumat verdi. O, öz çıxışında Ərəb dilinin 1973- cü ildən BMT-nin 6-cı rəsmi dili olduğunu və 2012-ci ildən etibarən isə UNESCO-nun qərarına əsasən hər il 18 dekabrda Dünya Ərəb dili gününün qeyd olunmasını qonaqların nəzərinə çatdırdı. Misir Mədəniyyət Nazirliyinin Redaksiya və Nəşr Şöbəsinin müdiri, qeyri ərəblərə Ərəb dilinin tədrisi üzrə mütəxəssis Dr. Abdurrahman Saad qonaqlara Ərəb dili və dünya dilləri haqqında mühazirə verdi. Daha sonra Bakı Dövlət Universitetinin müəllimi ərəbşünas Mais Ağaverdiyev çıxış etdi. O, çıxışında Ərəb dilinin önəmi haqqında danışdı. Xarici Dillər Universitetinin müəlliməsi Ülviyyə Hüseynova çıxış edərək Mərkəzin müdiri Dr. Əhməd Samiyə və qonaqlara öz təşəkkürünü bildirdi. Sonda Xarici Dillər Universitetinin tələbələri Ərəb dilində mahnılardan ibarət konsert verdi
Şərhlər