Misir səfiri Bakıda məktəblilərin qonağı oldu
19.12.2015 18:23 Sosreaksiya 1799
Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh Heydər Əliyev adına Müasir Təhsil kompleksində olub.
18 dekabr 2015-ci il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi Dünya Ərəb dili günü münasibəti ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olmuşdur. Tədbirin açılışını edən Kompleksin direktoru Sevinc Rzayeva qonaqları salamladıqdan sonra onlara Kompleksin tarixi və Azərbaycan təhsilindəki önəmi haqqında məlumat verdi.
Daha sonra çıxış edən səfir xanım Suzan Cəmil Nuh dəvət üçün Kompleksin rəhbərliyinə təşəkkürünü bildirdi. Çıxışı zamanı səfir xanım 18 dekabr Dünya Ərəb dili günü haqqında məlumat verdi və Ərəb dilinin öyrənilməsinin vacibliyini qeyd etdi. Daha sonra Təhsil Kompleksinin şagirdlərinin hazırladığı Ərəb və Azərbaycan dillərində şer və rəqs nümunələri nümayiş etdirildi.
Şərhlər