Uşağınız oruc tutmaq istəyirsə... - VİDEO

26.06.2015 01:28     Sosreaksiya     2213

11 ayın sultanı Ramazan ayı bərəkət dolu günləri ilə davam edir. Bu ayda bəzən uşaqlar valideynlərinə baxaraq, oruc tutmağa həvəslənirlər. Bəs görəsən, yaşı çatmadığı halda oruc tutmaq istəyən uşaqlara valideynləri necə reaksiya göstərməlidirlər? Oruc tutmağı onlara nə cür izah etmək lazımdır? İlahiyyatçıların tövsiyyələri növbəti süjetimizdə...

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Ramazan ayı sevincini böyüklərlə yanaşı, bəzən uşaqlar da yaşamaq istəyirlər. Onlar da valideynləri kimi, sahura qalmağa və iftar etməyə həvəslənirlər. Əgər övladınız oruc tutmaq istəyərsə, ''sənin yaşın çatmır'', ''sən uşaqsan, ac qala bilməzsən'' deyib onların həvəslərini ürəklərində qoymaqdansa, onlara orucun əhəmiyyəti izah edilməldir.

Din xadimlərinin sözlərinə görə, burda məqsəd vacib olmadığı halda uşaqlara oruc tutdurmaq deyil, sadəcə olaraq onlara oruc ibadətini sevdirməkdir. Valideynlər çalışmalıdırlar ki, orucluq uşaqların yaddaşlarında əziyyətli bir ibadət kimi qalmasın. Ancaq ilahiyyatçılar xüsusilə vurğulayırlar ki, oruc ibadəti uşaqlara izah edilərkən onların yaş xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Məsələn, 6 yaşadək olan uşaqlar sahur yeməyinə qaldırıla və onlara 2-3 saatlıq və ya yarım günlük oruc tutdurula bilər. Bu zaman onları bütün günü oruc tutmuş kimi təbrik etmək lazımdır. 7-10 yaşlı uşaqlar isə səhhətlərində problem yoxdursa, bir neçə gün oruc tuta bilərlər. 11-14 yaşlı uşaqlarda isə vəziyyət fərqlidir. Əgər bu yaşda olan uşaqlar oruc tutmaq istəyərlərsə, bu istəyə ciddi yanaşmaq lazımdır. Çünki cəmi bir-iki il sonra onlara oruc tutmaq vacib olacaq. Ona görə də bu yaşda olan uşaqlara oruc barədə ətraflı məlumat verilməlidir. 

Şərhlər

Çox oxunanlar