Azərbaycanda yeni agentlik yaradılır

21.12.2015 02:18     Sosreaksiya     1612

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentliyin yaradılması planlaşdırılır.

Reaksiya.az xəbər verir ki, bunu Trend-ə Dünya Bankının (DB) Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndilikdən qeyd ediblər ki, bu, Azərbaycan hökumətilə DB-nin birgə hazırladığı bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiya layihəsində irəli sürülmüş mümkün ssenarilərdən biridir.

DB-nin Bakı ofisindən bildiriblər ki, hazırda müzakirələr davam edir: “Hökumətin seçəcəyi variantın əsasında strategiyanın yekun versiyası 2016-cı il yayın əvvəlində hazır olacaq”.

Şərhlər

Çox oxunanlar