Xəsarət alan daha 4 neftçi evə buraxıldı

21.12.2015 11:28     Sosreaksiya     1755

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 4-ü evə buraxılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə MNX-nın mətbuat katibi Aytən Fətəliyeva açıqlama verib.

O, bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər - Rəşid Hüseynov, Raman Yusubov, Ədalət Dadaşov və İsmayıl Mehdiyev müalicələri baş çatdığı üçün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 10 neftçinin müalicəsi davam edir”. 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Şərhlər

Çox oxunanlar