Bu prospektin daha bir hissəsi təmirə bağlandı
21.12.2015 11:59 Sosreaksiya 1753
Dekabr ayının 20-dən etibarən Bakının Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinə qədər olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat "Formula-1" üzrə Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqasından verilib.
Məlumata görə, qeyd olunan təmir işləri 1 həftə ərzində aparılacaq. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.
Şərhlər