Hamilə qadın dəm qazından boğularaq öldü - Lənkəranda
21.12.2015 16:47 Sosreaksiya 2126
Lənkəran rayonunda 7 aylıq hamilə qadın dəm qazından boğularaq ölüb.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şağlaküçə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 23 yaşlı Talihə Yüləd qızı Tağıyeva hamamda çimərkən qazdan zəhərlənib.
T.Tağıyeva təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. T.Tağıyevanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər