Azərbaycanda daha bir sayt fəaliyyətə başladı

21.12.2015 17:08     Sosreaksiya     1868

Dekabr ayının 20-də Musahibe.az saytının təqdimatı keçirilib.

Reaksiya.az xəbər verir ki, saytın tanıtımında Bakı Slavyan Universiteti, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Durdanə Tahirova və həmin universitetin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, ümumi psixologiya üzrə mütəxəssis Aybəniz Xəlilova iştirak edib.

İlk olaraq yeni fəaliyyətə başlayan saytın əsas qayəsi və onun strukturu haqqında məlumat verən saytın baş redaktoru Samir Şirvanzadə sözlərinə bunu da əlavə edib: “Bizim əsas hədəfimiz digər mətbu orqanları informasiya, müsahibə mənbəyi ilə təmin etmək və jurnalistika sahəsinə marağı olan hər kəsi media dərsləri ilə maarifləndirməkdir...”.

S.Şirvanzadə saytda yer alan müsahibə, media dərsi, xəbərlər, sorğu, qələm, qalereya kimi rublikaların mahiyyəti və hər birinin spesifikliyi haqqında da məlumat verib. Daha sonra qonaqların çıxışı ilə davam edən təqdimatda onların tövsiyyələri və rublikalar haqqında ümumi fikirləri dinlənilib. Eyni zamanda media dərsləri və sorğu bölməsinin zəruriliyini vurğulayan qonaqlar, müsahibə janrının çətin və məsuliyyət tələb edən, lakin oxucu tərəfindən xüsusi maraqla qarşılanan janr olduğunu da nəzərə çatdırıblar.

Qonaqların çıxışından sonra redaktorlar - Nəcəf Kazımov və Elşən Yəhyayev saytın fəaliyyət məramı haqqında danışaraq, komandanın gələcək hədəflərindən söhbət açıblar. Bundan sonra saytın müxbirləri çıxış edərək ilkin addımlarında onlara dəstək olan qonaqlara öz təşəkkürlərini bildiriblər.

 

Şərhlər