Apardı sellər Soçini... - Hadisə - VİDEO

26.06.2015 12:57     Sosreaksiya     2121

Rusiyanın kurort şəhəri olan Soçidə aramsız yağan yağış daşqınlara səbəb olub. Nəticədə 400-dən çox evi su basıb. Təhlükəli zonadan yüzlərlə insan təxliyə edilib. 
Onlar gecəni yaxınlarının evində və ya xüsusi sığınacaqlarda keçirməli olublar. 

Daşqın nəticəsində ən çox ziyan dəymiş Adler rayonunda bir nəfərin öldüyü xəbər verilir. 

Soçi şəhərində fövqəladə vəziyyət elan edilib. Daşqının fəsadlarının aradan qaldırılmasına 470-dən çox adam və 100-dən çox texnika, o cümlədən helikopterlər cəlb edilib. 

Bir sutka ərzində xilasedicilər su basan evlər və maşınlardan minə yaxın insanı xilas ediblər ki, onlardan 270-i uşaq olub. 

Şəhər qubernatoru dəymiş ziyana görə əhaliya kompensasiya ödəniləcəyini deyib. Kompensasiyanın miqdarı 10-100 min rubl civarında olacaq. 
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bir neçə sutka ərzində aylıq norma qədər yağıntı düşüb və bir neçə çayda suyun səviyyəsi təhlükəli həddə çatıb. Xerota çayı öz məcrasından çıxıb, nəticədə dəmiryol vağzalını və hava limanını da su basıb və onların işi dayandırılıb. Lakin bu gün günorta saatlarından işin bərpasına başalamaq mümkün olub. 

Sinoptiklər Qara dənizdə fırtına olacağını və sahil məntəqələr üçün təhlükə törədə biləcəyini proqnozlaşdırıblar.

Şərhlər

Çox oxunanlar