Xəzərdə iki balıqçının batdığı ehtimal olunur

22.12.2015 11:24     Sosreaksiya     2015

Dekabrın 21-də Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədilə dənizdə çıxmış və batdığı ehtimal olunan 2 nəfərin axtarışına başlanılıb.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər

Çox oxunanlar