Azərbaycanda qiymət artımı ilə bağlı - Rəsmi açıqlama

22.12.2015 11:27     Sosreaksiya     1764

İqtisadiyyat və Sənaye nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

Reaksiya.az xəbər verir ki, bu barədə nazirlikdən Oxu.Az-a bildirilib. 

Bildirilib ki, bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Şərhlər