Quba-Xınalıq yolunda qar uçqunu oldu - Yol bağlandı

22.12.2015 14:21     Sosreaksiya     1916

Bu gün Quba - Xınalıq yolunda qar uçqunu baş verib. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.

Şərhlər