Bayram yarmarkaları başlayır
22.12.2015 17:09 Sosreaksiya 1750

Hər il olduğu kimi bu il də bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olunacaq.
Reaksiya.az Anspress-ə istinadən xəbər verir ki, yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən, Sumqayıtda keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev deyib ki, yarmarkaların təşkili ilə bağlı hazırda işlər gedir. Artıq yerlər seçilib.
"Bu il ötən illərə nisbətən yarmarkaların sayı az olacaq. Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır".
M.Hacıyevin sözlərinə görə, yarmarkalarda yerli məhsullarda qiymət artımı yox, əskinə endirim gözlənilir.
Şərhlər