ANS ÇM radiosunda qanun pozuntuları aşkarlandı

23.12.2015 11:36     Sosreaksiya     1872

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçiriləcək. 

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclasda ölkədə fəaliyyət göstərən radiolarda baş verən qanun pozuntuları müzakirə olunacaq.

Məlumata görə, konkret olaraq ANS ÇM radiosunda ciddi qanun pozuntuları aşkar olunub və bununla bağlı inzibatı protokollar tərtib olunaraq ANS Şirkətlər Qrupuna göndərilib.

Qeyd edək ki, hazırda radioların monitorinqi davam etdirilir və ANS ÇM-dən başqa digər radiolarda ciddi qanun pozuntuları aşkarlanmayıb. 

Şərhlər

Çox oxunanlar