Doqquzuncu dəfə həbs edilmiş şəxs özünü asdı

23.12.2015 12:05     Sosreaksiya     1984

1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

Reaksiya.az Lent.az-a istinadən xəbər verir ki, təcridxanada saxlanılanManaf Paşayev özünü asaraq intihar edib. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, M.Paşayev 9-cu məhkumluğunu yaşayırmış. Sonuncu dəfə o, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum edilib.

Şərhlər

Çox oxunanlar